Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Barak Obamanı “İslam dövləti” (İŞİD) qruplaşmasının yaradıcısı adlandırıb.
Oxu.Az “Chicago Tribune”a istiandən xəbər verir ki, Donald Tramp bu bəyanatı Florida ştatında Fort-Loderdeyl şəhərində həmfikirləri qarşısında çıxış edərkən bildirib.
“O, İŞİD-in yaradıcısıdır, razısız? O, qruplaşmanın yaradıcısıdır!”, - Tramp bildirib. Onun sözlərinə görə, İŞİD “Obamaya rəğbət bəsləyir”.
Nəşr qeyd edir ki, Ağ ev bu bəyanatı şərh etməyib.