Rusiyanın Tümen şəhərində dəmiryol stansiyasında inanılmaz hadisə baş verib. Belə ki, qatarın altına yıxılan kişi möcüzə nəticəsində sağ qalıb.
Oxu.Az xəbər verir ki, hadisə anı sosial şəbəkələrdə dərc olunmuş görüntülərdə əksini tapıb.
Kadrlarda sərnişinin relsləri keçməyə çalışarkən büdrəyib lokomotivin qarşısına yıxıldığı görünür. Lakin kişi, son anda özünü toparlamağı bacarır. Qatar keçib getdikdən sonra sərnişinlər onun sağ qaldığını görürlər, bir nəfər isə ona kömək üçün yaxınlaşır.
Bildirilir ki, hadisə ilə bağlı nəqliyyat prokurorluğu və polis araşdırmaya başlayıb.