Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri İraqın şimalında yerləşən Avaşin-Basyan və Metina rayonlarında PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər. “Anadolu” agentliyi bunu Milli müdafiə nazirliyinə istinadən bildirib. Xəbər verilir ki, zərbələr nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib. Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin