Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyədə bələdiyyə sədrinin müavini saxlanıldı
Türkiyədə polis İzmirin Kemalpaşa bələdiyyəsində əməliyyat aparıb.
Bu barədə Oxu.Az "Anadolu" agentliyinə istinadla xəbər verir.
Əməliyyatın bələdiyyənin dövlət xərclərində pozuntulara yol verməsi ilə bağlı aparıldığı bildirilir.
Keçirilmiş əməliyyat zamanı beş nəfər saxlanılıb. Onların arasında Kemalpaşa bələdiyyə sədrinin müavini də var.
Məlumata görə, sözügedən bələdiyyə 29 Oktyabr Respublika bayramı münasibətilə müğənni Gülşenin iştirakı ilə təşkil etdiyi konsertlə bağlı dövlət xərclərində pozuntulara yol verməkdə ittiham olunur.
Konsert Ankaradakı terror aktı ilə əlaqədar ləğv edilmişdi.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyənin Maltadakı səfiri vəfat edib
- Antalyada lüks mənzilini kirayə verən rusiyalı qadının həyatı alt-üst olub
- Türkiyədə UNESCO siyahısına salınmış ərazidə iki milyardlıq çətənə kolları aşkarlandı
- Türkiyədə tısbağalara görə musiqi qadağası qoyuldu
- Bursada tarixi kəşf: İsa Məsih dövrünə aid mozaika aşkarlandı
Ən çox oxunanlar