Türkiyənin Balıkesir vilayətində ötən gün baş verən 5,1 bal gücündə zəlzələdən sonra təkanlar davam edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) öz sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, Türkiyə vaxtı ilə saat 10:34-də Balıkesirin Sındırgı rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerin təxminən 10,73 kilometr dərinliyində qeydə alınıb.
#DEPREM
— AFAD Deprem (@DepremDairesi) January 24, 2026
Büyüklük:4.1 (Ml)
Yer:Sındırgı (Balıkesir)
Tarih:2026-01-24
Saat:10:34:13 TSİ
Enlem:39.185 N
Boylam:28.29278 E
Derinlik:10.73 km
Detay:https://t.co/cp5bVSJfNC@afadbaskanlik @trthaber @anadoluajansi