Rusiyadan Türkiyəyə uçuş həyata keçirən təyyarə eniş zamanı qəzaya uğrayıb.
Airporthaber.com-un xəbərinə görə, “Nordwind” hava yolları şirkətinə aid olan və Moskvadan gələn təyyarə Antaliyada təcili eniş edib.
Belə ki, sərt duman səbəbi ilə təcili eniş edən təyyarənin təkərləri partlayıb və təkərləri saxlayan dəmir komponenti gövdəni deşərək salona daxil olub.
Təyyarəyə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.