Şimali Koreyada raket buraxılması ilə əlaqədar ABŞ, Yaponiya və Cənubi Koreya BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasını tələb ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə “France-Press” agentliyi BMT-də olan amerikalı məmura istinadən məlumat yayıb.
“ABŞ Yaponiya və Cənubi Koreya ilə birgə Şimali Koreyada fevralın 12-də ballistik raketin buraxılışı ilə əlaqədar təcili müzakirələrin keçirilməsini tələb edir”, - Amerika missiyasının nümayəndəsi bildirib.
“Reuters” agentliyinin məlumatına görə, iclas bazar ertəsi gözlənilir.
Şimali Koreya bazar ertəsi “Pukkıkson-2” (“Qütb ulduzu-2”) ballistik raketini sınaqdan keçirib. Renhap Koreyanın Mərkəzi Teleqraf Agentliyinin “yer-yer” sinfinə aid raketin sınaqlarının uğurlu keçməsinə dair verdiyi məlumatından sitat gətirib.
N.O.
www.oxu.az