İŞİD üzərində qələbə çaldıqdan sonra ABŞ ordusunun Suriyadakı mövcudluğunun əsas məqsədi İrana qarşı mübarizə aparmaq olacaq.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Devid Satterfild bildirib.
“Biz İranın Suriyadakı fəaliyyətindən və oradakı fəallığını artırmaq potensialından çox narahatıq”, – deyə o senatorlardan birinin müvafiq sualına cavabında bildirib.
A.M.
www.oxu.az