Venesuelada hərbi qiyam cəhdinə görə 40-dək hərbçi saxlanılıb.
Oxu.Az xəbər verir ki, hazırda qiyamçılar xüsusi xidmət orqanlarında ifadə verirlər.
Bildirilir ki, saxlanılan şəxslər avtomobillərdə aparılarkən atəş səsləri eşidilib. Güman olunur ki, atəş nəzarətçilər tərəfindən açılıb.
Xatırladaq ki, səhər saatlarında paytaxt Karakasda Milli Qvardiya qərargahının zəbt olunması barədə xəbərlər yayılmışdı.
Rəylər