Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yunan nazirdən qalmaqallı açıqlama: "Bir gecə F-35-lərlə qəfil Ankaraya gələ bilərik"
Yunanıstanın səhiyyə naziri Adonis Georgiadis qatıldığı televiziya proqramında Türkiyə ilə bağlı qalmaqallı açıqlamalar verib.
Oxu.Az Haber Global-a istinadən xəbər verir ki, verilişdə çıxış edən Georgiadis "Bir gecə F-35-lərlə qəfil Ankaraya gələ bilərik", - deyib.
Yunanıstanın səhiyyə naziri "Türkiyə aviasiyada sıfırdır", - ifadəsini işlədib.
O, Yunanıstan hökumətinin güclü ittifaqlara malik olduğunu, Türkiyənin isə tək qaldığını deyib, 2020-ci ilin yayında başlayan Şərqi Aralıq dənizi böhranında Yunanıstanın ABŞ və Fransa ilə qurduğu ittifaqlara toxunub.
Onun sözlərinə görə, müdafiə ittifaqları qurmaq Yunanıstanı daha da gücləndirib.

"Yunanıstan" teqi üzrə xəbərlər
- Tramp ABŞ-nin Yunanıstandakı hərbi bazasını bağlayır
- Yunanıstanda zəlzələ təşvişi: Daha bir adada fövqəladə vəziyyət elan edildi
- Yatan vulkan oyanır: Santorini 6 santimetr hərəkət etdi
- Yunanıstan parlamenti ölkənin prezidentini seçdi
- Türkiyəli mütəxəssisdən xəbərdarlıq: "Egey dənizindəki zəlzələlərdən daha böyük təhlükə ola bilər"