Bakı şəhəri, Nizami rayonu, Babək prospektində açıq ərazidəki yanğın söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb:
"Yanğın nəticəsində 2 hektar sahədə kol-kos və taxta tullantıları yanıb.
Ətraf ərazilər, o cümlədən ağaclıq sahə yanğından mühafizə olunub".
Bakıda açıq sahədə yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospekti, 485 ünvanında qeydə alınıb.
Yanğın açıq ərazidə quru otluq sahəni bürüyüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.