"Sabah baxımlı oyun sərgiləmək istəyirik".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Sabah"ın futbolçusu Akim Zedadka UEFA Çempionlar Liqasının III turu çərçivəsində "Borussiya Dortmund"a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib..
O bildirib ki, komandanın hazırlığı yüksək səviyyədədir:
"Rəqibimizi tanıyırıq, lazımi qədər təhlil etmişik. Ən yaxşı oyunumuzu oynamaq istəyirik. Çempionlar Liqasındakı oyunlardan zövq almaq istəyirik".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.