“Rabitə”nin sabiq voleybolçusu Madeleyne Montano ağır xəstəliyə düçar olub.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, ötən mövsüm Bakı təmsilçisi ilə Azərbaycan çempionu olan və klublararası dünya çempionatının gümüş medalını qazanan kolumbiyalı idmançıda hepatit virusu aşkarlanıb.
Hazırda Türkiyənin “Qalatasaray” klubunun şərəfini qoruyan 31 yaşlı hücumçu böyük ehtimalla ən azı bu mövsümü boşa verəcək. Onunla yanaşı, komandanın liberosu Nihan Güneyligilin də zədə səbəbindən Çempionlar Liqasının I pley-off mərhələsində “Kann”a qarşı oynaması sual altına düşüb.
Qeyd edək ki, “Qalatasaray” - “Kann” cütlüyünün qalibi “İqtisadçı” - “Vakıfbank” duelinin güclüsü ilə oynayacaq.