Daima qalmaqallı açıqlamaları ilə gündəmdə qalmağı bacaran müğənni Nadir Qafarzadədən evini satıb-satmaması barədə xəbər var.
Oxu.Az Lent.az-a istinadən bildirir ki, müğənni bu haqda danışıb:
“Türkiyədəki evimi satmağım düzdür. Siz bu informasiyanı kimdən və hardan əldə etmisiniz? Maraqlıdır, bunu yalnız ailəm və bir-iki dost-tanış bilir. Bəli, Türkiyədəki mülkümü satmışam. Amma bu xəbərin mətbuatda işıqlandırılmasının tərəfdarı deyiləm. Çünki bu şou-biznesdə məni sevməyənlər və özlərini yalandan dost kimi göstərən insanlar çoxdur. Bu xəbər onları sevindirəcək. Hətta bəziləri deyəcək ki, ay nə yaxşı oldu Nadir müflis olub, evini satıb.
Onların deyəcəkləri məni maraqlandırmır. İllərdir mənim paxıllığımı çəkənlərə demək istəyirəm ki, o satdığım mülkü də, hazırda yaşadığım evi də öz alın tərimlə qazanmışam. Bəziləri kimi kimsə mənə ev verməyib. Burada çəkinməli, utanmalı heç nə yoxdur. Böyük oğlum Londonda təhsil alır. Həm ona, həm də özümün borclarımı ödəməyimə təcili pul lazım idi, ona görə bu addımı atdım. Ruzini yetirən Allahdır. Nə vaxtsa maddi durumum yaxşı olar, yenə alaram. Demək, o ev mənə qismət deyilmiş. Allah bilən məsləhətdir”.