"Qarabağ" Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi 1/8 finalda "Karvan-Yevlax"a 3:0 hesabı ilə qalib gəlib.
"Köhlən atlar" 1/4 finalda "Şamaxı" ilə üz-üzə gələcək.
"Sabah" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.
Oxu.Az xəbər verir ki, "Sabah" 1/8 finalda "İmişli"yə 2:1 hesabı ilə qalib gəlməklə növbəti mərhələyə adlayıb.
"Sabah"ın heyətində Coy Lens Mikels (59) və Kahim Parris (96) fərqləniblər. "İmişli"nin yeganə qolunu isə İbrahim Əliyev (89) vurub.
Paytaxt təmsilçisi 1/4 finalda "Qəbələ" - "Şəfa" cütünün qalibi ilə üz-üzə gələcək.
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, 1/8 finalda "Baku Sportinq"ə 1:0 hesabı ilə qalib gələn "Şamaxı" növbəti raunda adlayıb.
Oyunda yeganə qolu Şamaxı təmsilçisinin heyətində 69-cu dəqiqədə Abdullahi Şuaybu vurub.
1/4 finala vəsiqə qazanan Şamaxı təmsilçisi bu raundda "Qarabağ" - "Karvan-Yevlax" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq. Ötən gün "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" isə əlavə vaxtda "Neftçi"ni (1:0) məğlub edib.
Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində bu gün daha üç oyun keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün ilk oyunlarında Şamaxı şəhər stadionunda "Şamaxı" - "Baku Sportinq", Quba Olimpiya Kompleksinin stadionunda isə "İmişli" - "Sabah" qarşılaşmaları baş tutacaq. Hər iki görüş saat 14:00-da start götürəcək.
Günün son oyununda isə "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək. Bu matç saat 19:00-da başlayacaq.
"Şamaxı" - "Baku Sportinq" cütünün qalibi növbəti raundda "Qarabağ" - "Karvan-Yevlax" duelinin qalibi ilə qarşılaşacaq. "İmişli" - "Sabah" görüşündə qalib gələn komanda isə 1/4 finalda "Qəbələ" - "Şəfa" cütünün qalibi ilə üz-üzə gələcək.
3 dekabr
14:00. "Şamaxı" - "Baku Sportinq"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu.
14:00. "İmişli" - "Sabah"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba Olimpiya Kompleksinin stadionu.
19:00. "Qarabağ" - "Karvan-Yevlax"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
"Azersun Arena".
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin ilk günündə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" isə əlavə vaxtda "Neftçi"ni (1:0) məğlub edib. Bu mərhələyə dekabrın 4-də yekun vurulacaq.