DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Norveç - Azərbaycan oyunu üçün heyətlər açıqlanıb.
Oxu.Az-ın UEFA-ya istinadən yaydığı xəbərə görə, komandalar meydana aşağıdakı tərkibdə çıxacaq:
Norveç: Rune Yarsteyn, Haytam Alisami, Yorgen Şelvik, Hovard Nordtveyt, Coşua Kinq, Stefan Yohansen (k), Aleksander Serlot, Mohamed Elyunussi, Sander Berqe, Yunas Svensson, Mats Meller-Deli
Ehtiyat oyunçular: Sten Qrutrbust, Andre Hansen, Siqurd Rosted, Qustav Valsvik, Tarik Elyunussi, Anders Tronnsen, Omar Elabdellaui, Martin Linnes, Byorn Yansen, Birqer Melinq, Yo-İnqe Berqet
Azərbaycan: Kamran Ağayev, Qara Qarayev, Pavel Paşayev, Maksim Medvedev, Bədavi Hüseynov, Namiq Ələsgərov, Dmitri Nazarov, Rəşad Sadıqov (k), Cavid Hüseynov, Mahir Mədətov, Riçard Almeyda
Ehtiyat oyunçular: Anar Nəzirov, Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Araz Abdullayev, Renat Dadaşov, Ruslan Qurbanov, Ramil Şeydayev, Ruslan Abışov, Təmkin Xəlilzadə, Rahid Əmirquliyev, Tərlan Quliyev, Əfran İsmayılov
09:43
Bu gün futbol üzrə Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirəcək.
Oxu.Az-ın məlumatına görə, C qrupunda yer alan yığmamız səfərdə Norveç komandasının qonağı olacaq.
Oslonun “Ulleval” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
İlk 6 turdan sonra qrupa 18 xalla Almaniya başçılıq edir. Şimali İrlandiya 13 xalla ikinci, Çexiya yığması isə 9 xalla üçüncüdür.
7 xala malik olan Prosineçkinin yetirmələri dördüncü pillədə qərarlaşıblar. Komandamızdan 3 xal geri qalan Norveç beşinci, hesabında 0 xal olan San-Marino millisi isə sonuncudur.
Qeyd edək ki, bu görüşdən əlavə C qrupunda daha iki qarşılaşma baş tutacaq. Çexiya millisi qrup lideri Almaniyanı qəbul edəcək, Şimali İrlandiya isə autsayder San-Marinonun qonağı olacaq.
S.B.
www.oxu.az