Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Bavariya"nın hücumçusu İngiltərənin "Tottenhem" klubunda
Almaniyanın "Bavariya" klubunun hücumçusu Matis Tel İngiltərə təmsilçisi "Tottenhem"ə keçib.
Oxu.Az xəbər verir ki, futbolçu mövsümün sonuna qədər Premyer Liqa təmsilçisində icarə əsasında çıxış edəcək.
Bununla yanaşı, "Tottenhem" onu 60 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququna malik olacaq.
19 yaşlı futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, M.Tel bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 14 oyun keçirib və bir məhsuldar ötürmə edib.
"Tottenhem FK" teqi üzrə xəbərlər
- UEFA Avropa Liqası: Dörddəbir finala yüksələn komandalar bəlli olacaq
- UEFA Avropa Liqası: "Tottenhem"dən məğlubiyyət, "Mançester Yunayted"dən heç-heçə, "Lion"dan qələbə
- Harri Keyndən unikal göstərici – Ardıcıl üç mövsümdə 30 qol
- UEFA Avropa Liqası: 1/8 final mərhələsinin ilk görüşləri keçiriləcək
- "Tottenhem" Vernerlə bağlı yekun qərarını verdi
Ən çox oxunanlar