Azərbaycan Bakı-2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarının ilk günü daha bir bürünc medal qazanıb.
Oxu.Az xəbər ki, sərbəst güləş yarışlarında 74 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Cəbrayıl Həsənov Heydər Əliyev adına İdman Sarayında bürünc medal uğrunda keçirilən görüşdə bolqarıstanlı idmançı Kiril Terziyev ilə qarşılaşıb.
Rəqibindən daha üstün güləş nümayiş etdirən pəhləvanımız bolqar güləşçisinə bir xal belə vermədən 9:0 hesabı ilə qalib gələrək Avropa Oyunlarının bürünc medalını qazanıb.
19:27
57 kq çəkidə ölkəmizi təmsil edən Yaşar Əliyev bürünc medal uğrunda türkiyəli Sezer Akgüllə görüşüb.
Oxu.Az xəbər verir ki, 3-cü yer uğrunda mübarizədə təmsilçimiz 3:8 hesabı ilə məğlub olub. O, Oyunları 5-ci yerdə başa vurub.
İdmançımızın rəqibi Akgül Sezar isə qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə birgə qeyd edib.
14:20
57 kq çəki kateqoriyasında ölkəmizi təmsil edən Yaşar Əliyev yarımfinalda rusiyalı Viktor Lebedevə məğlub olub.
Oxu.Az xəbər verir ki, görüş 1:3 hesabı ilə rusiyalının xeyrinə başa çatıb. Yaşar bürünc medal uğrunda mübarizəni davam etdirəcək.
65 kq çəki kateqoriyasında çıxış edən güləşçimiz Toğrul Əsgərov isə yarımfinalda belaruslu Azamat Nurikova 7:2 hesabı ilə qalib gələrək, finala yüksəlib.
74 kq çəki kateqoriyasında çıxış edən Cəbrayıl Həsənov isə türkiyəli Soner Dəmirtaşa məğlub olub.
Dəmirtaş finala yüksəldiyi üçün Cəbrayıl təsəlliverici görüşdə iştirak imkanı əldə edib. O, finlandiyalı Anri Seleniusa qalib gələrək, bürünc medal uğrunda mübarizə aparmaq hüququ əldə edib. Üçüncü yer uğrunda Həsənov bolqar Kiril Terziyevlə qarşılaşacaq.
97 kq çəki kateqoriyasında çıxış edən güləşçimiz Xetaq Qazyumov isə yarımfinalda rusiyalı Abdusalam Qadisova qalib gəlib. Görüş 4:2 hesabı ilə başa çatıb.
Finala yüksələn Qazyumov burada gürcü Elizbar Odikadze ilə qarşılaşacaq.
Bütün görüşlər axşam saatlarında baş tutacaq.
13:27
Bu gün Bakı-2015 Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start verilib
Oxu.Az xəbər verir ki, 57 kq çəki kateqoriyasında çıxış edən Yaşar Əliyev 1/4 finalda erməni rəqibi Qarik Barsekyanı 10:6 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib.
Burada o, rusiyalı Viktor Lebedevlə mübarizə aparacaq.
65 kq çəki kateqoriyasında olimpiya çempionumuz Toğrul Əsgərov isə 1/4 finalda fransalı Maksim Fique ilə qarşılaşıb və 10:0 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.
74 kq çəki kateqoriyasında çıxış edən güləşçimiz Cəbrayıl Həsənov 1/4 finalda türkiyəli Soner Dəmirtaşa məğlub olub.
97 kq çəki kateqoriyasında çıxış edən güləşimiz Xetaq Qazyumov isə 1/4 finalda belaruslu İbrahim Saidovu məğlub edərək, yarımfinala yüksəlib.
11:52
Azərbaycanın ikiqat Avropa çempionu Cəbrayıl Həsənov da bu gün sərbəst güləş yarışlarına qatılıb.
Oxu.Az xəbər verir ki, 1/8 mərhələdə macar Mihali Haqi ilə qarşılaşan Cəbrayıl rəqibinə 10:0 hesabı ilə qalib gəlib.
1/4 finala yüksələn Cəbrayıl burada türkiyəli Soner Dəmirtaşla qarşılaşacaq.
11:27
57 kq çəki kateqoriyasında çıxış edən sərbəst güləşçimiz Yaşar Əliyev 1/8 finalda fransalı Zoheir El Ouarraqeyə qalib gəlib. Görüş 9:4 hesabı ilə azərbaycanlı idmançının xeyrinə başa çatıb.
İndi 1/4 finala yüksəlmiş Əliyev Ermənistan güləşçisi Qarik Barsekyanla qarşılaşacaq.
Olimpiya çempionumuz Toğrul Əsgərov 1/8 finalda moldovalı Mixail Savaya qalib gəlib – 10:0.
Toğrul yarımfinala yüksəlib.
10:40
Azərbaycanın Olimpiya çempionu, sərbəst güləşimiz Toğrul Əsgərov bu gün Heydər Əliyev adına İdman arenasında keçirdiyi ilk görüşdə qalib gəlib.
Oxu.Az xəbər verir ki, 1/8 finalda rusiyalı İlyas Bekbulatovla qarşılaşan Toğrul gərgin keçən döyüşdə 8-7 hesabı ilə qalib gəlib.
97 kq çəki kateqoriyasında güləşən Avropa və dünya çempionumuz Xetaq Qazyumov da 1/8 mərhələni uğurla adlayıb.
Polşalı Radoslav Baranla qarşılaşan Xetaq 10:0 hesabı ilə qalib gəlib.
10:19
Bu gün Bakı-2015 Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start verilib.
Oxu.Az xəbər verir ki, yarışın ilk günündə 4 idmançımız xalı üzərinə çıxacaq.
Yaşar Əliyev 57 kq, Toğrul Əsgərov 65 kq, Cəbrayıl Həsənov 74 kq, Xetaq Qazyumov isə 97 kq çəki kateqoriyasında qüvvələrini sınayırlar.