Braziliyanın paytaxtında Estadio Nasional stadionunda İsverçə yığması Ekvador ilə qarşılaşdı.
Oxu.Az xəbər verir ki, görüş qarşılıqlı hücumlar şəraitində keçdi.
İlk dəqiqələrdən futbolçular açıq oyuna üstünlük verirdilər. 22-ci dəqiqədə Valensiyanın başla dəqiq zərbəsindən sonra cənubi amerikalıları hesabda irəli çıxdılar. İlk hissə ekvadorluların minimal üstünlüyü ilə bitdi.
İkinci hissədə meydana daxil olan Admir Mehmedi topa ilk toxunuşu ilə hesabı bərabərləşdirdi.
Bərabərlikdən sonra hər iki komnda bir neçə qol vəziyyəti yaratsada, sonda bəxt avropalıların tərəfində oldu.
Oyun çox dramatik sonuclandı. Hakimin əlavə etdiyi sonuncu dəqiqədə Ekvador futbolçuları qol vurmaq üçün əla imkanı əldən verirlər, və əks hücumda Haris Seferoviç cinahdan ötürülmüş topu qapıya göndərərək İçveçrə yımasına vacib 3 xalı qazandırır.
Seymur Baxşev
www.oxu.az