Yunanıstanın Kavalə şəhərində məktəblilərin blits üzrə dünya birinciliyinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, Azərbaycan şahmatçıları 3 qızıl, 2 gümüş, 3 bürünc medalların sahibi olublar.
Mükafat qazanan idmançılarımızın siyahısını təqdim edirik:
Əsədli Vüqar (13 yaş) – 1-ci yer, qızıl medal
İsmayılzadə Zeynəb (11 yaş) – 1-ci yer, qızıl medal
Səlimova Aysel (7 yaş) – 1-ci yer, qızıl medal
Bünyatov Rüstəm (15 yaş) – 2-ci yer, gümüş medal
Süleymanlı Aydın (9 yaş) – 2-ci yer, gümüş medal
Məmmədova Nərmin (15 yaş) – 3-cü yer, bürünc medal
Mustafazadə Fikrət (7 yaş) – 3 cü-yer, bürünc medal
Qarayev Kənan (13 yaş) – 3-cü yer, bürünc medal