Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

UEFA Çempionlar Liqası: "Lill" doğma meydanda üç xala sevindi
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda "Lill" "Şturm Qraz"ı qəbul edib.
Oxu.Az-ın məlumatına görə, qarşılaşma 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda "Lill" doğma meydanda "Şturm Qraz"ı qəbul edir.
Oxu.Az xəbər verir ki, "Stade Pierre-Mauroy" stadionunda keçirilən görüşü bolqarıstanlı hakimlər briqadası idarə edir.
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda "Lill" "Şturm Qraz"ı qəbul edəcək.
Oxu.Az xəbər verir ki, "Stade Pierre-Mauroy" stadionunda keçiriləcək görüşü bolqarıstanlı hakimlər briqadası idarə edəcək.
Rəqiblərin heyətində ciddi itkilər var.
Belə ki, "Lill"dən Eden Mbappe, Tiaqo Santos və Samuel Umtiti, "Şturm Qraz"dan isə Yusuf Qazibeqoviç cəza, Kyel Şerpen isə zədə səbəbindən komandalarına kömək edə bilməyəcəklər.
Qeyd edək ki, bu rəqiblər indiyədək ümumilikdə iki dəfə qarşılaşıblar. Bunlardan birində "Lill" 3:0 hesabı ilə qalib gəlib. Digər görüş isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Yayım Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
"Lill" - "Şturm Qraz" matçının canlı yayımını Oxu.Az saytında izləyə bilərsiniz.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA ÇL: Liqa mərhələsinin ən yaxşı qolu açıqlandı
- UEFA reytinqi: "Qarabağ" bir pillə geriləyib
- UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının təqvimi açıqlanıb
- UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb
- Qvardiola Çempionlar Liqasında yenə emosiyalarını saxlaya bilmədi: Başını və üzünü cırmaqladı
Rəylər