Argentina millisinin hücumçusu Lionel Messinin “Barselona”dan ayrılması ətrafından gedən söhbət futbol ictimaiyyətində ən çox müzakirə olunan məsələlərdən biridir.
“Səbail” klubunun “Facebook” səhifəsi də bundan yan qaçmayıb.
Azərbaycan Premyer Liqasının maliyyə baxımından ən çox əziyyət çəkən klublarından olan “Səbail” Messini “transfer edib”.
Şərh isə bu cür olub:
“Bizcə, Messiyə bu forma əla yaraşır. Bəs siz nə düşünürsünüz?”
Qeyd edək ki, “Səbail”də daha əvvəl dünya ulduzlarından qanalı futbolçu Maykl Esyen çıxış edib. O, bu yay klubu tərk edib.
Səbuhi Musayev