İtaliya Kubokunun final matçında "Milan" və "Bolonya" üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, oyun Romanın "Olimpiko" stadionunda baş tutub.
Matç "Bolonya"nın minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə yeganə qolu 53-cü dəqiqədə Dan Ndoy vurub.
Bununla da "Bolonya" cari mövsümdə İtaliya Kubokunun qalibi ünvanına sahib çıxıb.