"Qarabağ"ın hücumçusu Musa Qurbanlı zədələnib.
Bu barədə "Qarabağ" klubunun marketinq və kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev Oxu.Az-a açıqlamasında qeyd edib.
O bildirib ki, hücumçu məşq zamanı dizində ağrılar hiss edib:
"Bu səbəbdən də futbolçunun iki həftə müalicə prosesi keçəcəyinə qərar verilib".
Musa Qurbanlı bu gün Misli Premyer Liqasında keçiriləcək "Turan Tovuz"a və gələn həftə Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində baş tutacaq "Atletik Bilbao"ya qarşı oyunları buraxacaq.
Murad Nəsimi