Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları çərçivəsində baş tutacaq “Qarabağ” – “Şerif” (Moldova) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb.
“Qarabağ”ın “Facebook” səhifəsi xəbər verir ki, sabah saat 14:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.
Saat 18:30-da komanda “Azersun Arena”da oyunöncəsi son məşqə çıxacaq.
Saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “Şerif”in xorvatiyalı baş məşqçisi Zoran Zekiçin mətbuat konfransı keçiriləcək. Saat 19:30-da Tiraspol komandası matçın keçiriləcəyi stadionda son məşqinə çıxacaq.
Qeyd edək ki, “Qarabağ” – “Şerif” matçı avqustun 26-sı saat 20:00-da keçiriləcək.