“Qarabağ” klubunun sabiq qapıçısı, hazırda Türkiyənin “Ərzurumspor” klubunda çıxış edən İbrahim Şehiç koronavirusa yoluxması ilə bağlı deyilənləri təkzib edib.
Oxu.Az xəbər verir ki, 31 yaşlı bosniyalı qolkiper rəsmi “Facebook” səhifəsində bu xəbərin yalan olduğunu bildirib:
“Koronavirus? Bu, yalandır. Mən yaxşıyam”.
16:41
Ağdamın “Qarabağ” klubunun sabiq qapıçısı, hazırda Türkiyənin “Ərzurumspor” klubunda çıxış edən İbrahim Şehiç koronavirusa yoluxub.
Türkiyənin “Sabah” qəzetinə məlumat verən “Ərzurumspor” klubunun baş məşqçisi Mehmet Özdilək bosniya və herseqovinalı qapıçının da COVID-19 virusuna yoluxan futbolçular arasında olduğunu bildirib.
Ümumilikdə, klubun dörd oyunçusu, bir məşqçisi və altı texniki heyət işçisində virus aşkarlanıb.
Qeyd edək ki, İbrahim Şehiç “Qarabağ”da 2013-2018-ci illərdə çıxış edib.