"Sumqayıt"ın müdafiəçisi Kənan Feyziyev əməliyyat olunub.
Oxu.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində "Zirə" ilə matçın gedişində zədələnən gənc oyunçu Türkiyənin paytaxtı Ankarada uğurlu əməliyyat keçirib.
Qeyd edək ki, ön çarpaz bağ və menisk əməliyyatı keçirən Kənan Feyziyevin 6-9 ay sonra yaşıl meydanlara dönüşü gözlənilir.
Qaynar xətt:
(055) 224 12 12