Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"DeepSeek"dən hər kəs üçün hədiyyə: Mənbə kodunu açıq saxlayır
Çinin "DeepSeek" şirkətinin neyron şəbəkəsi açıq mənbə kodunu saxlayacaq. Şirkət hesab edir ki, bu, bütün dünya üçün faydalı olacaq.
Oxu.Az bildirir ki, bu barədə Çinin Rusiyadakı səfiri Çjan Xanxuey bildirib.
Onun sözlərinə görə, "DeepSeek"in açıq mənbə kodlu texnologiyaları süni intellektin qlobal paylaşımını təşviq edir.
"HuggingFace" platformasında populyar açıq mənbəli modellərin yarısı çinli tərtibatçılar tərəfindən yaradılıb", - deyə o bildirib.
Səfirin sözlərinə görə, Çin hesab edir ki, süni intellekt yalnız seçilmişlər üçün yox, hamı üçün əlçatan olmalıdır.
O əlavə edib ki, açıq mənbə kodu süni intellekt texnologiyalarının geniş yayılmasında mühüm rol oynayır.
Qeyd edək ki, açıq mənbə kod - bir proqram və ya texnologiyanın "içindəki" kodların (yəni işləmə qaydasının) gizli deyil, hamıya açıq olduğu deməkdir. İstəyən şəxs həmin kodu görə, öyrənə, dəyişə və ya öz layihəsində istifadə edə bilər.
"DeepSeek süni intellekt startapı" teqi üzrə xəbərlər
- "DeepSeek" süni intellekt sahəsində daha bir inqilabi yenilik elan etdi
- Çin "DeepSeek" işçilərinə məhdudiyyət qoydu
- Kompakt ölçülü elektrik avtomobili süni intellekt proqramı ilə təchiz ediləcək
- "DeepSeek" istifadəçilərin şəxsi məlumatlarını Çinə ötürüb
- Mask dünyanın ən ağıllı süni intellekti olan "Grok"u TƏQDİM ETDİ