Avropa Komissiyası (AK) ABŞ-də işləyən bəzi əməkdaşlarına birdəfəlik telefonlar və sadə notbuklar verməyə başlayıb.
Oxu.Az "Financial Times" nəşrinə istinadla xəbər verir ki, AK Birləşmiş Ştatlar tərəfindən casusluq riskindən qaçınmaqdan ötrü belə bir addım atıb.
Gələn həftə Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının görüşlərinə gedən AK üzvləri və məmurlar casusluqdan yayınmaq məqsədilə yeni təlimatlar alıblar.
Yeni təlimatlara əsasən, sərhəddə telefonlar söndürülməli və xüsusi çexollara qoyulmalıdır ki, telefon nəzarətsiz qalanda casusluğa məruz qalmasın.
ABŞ-nin AK-nin sistemlərinə nüfuz edə biləcəyindən narahatlıq var.