İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
Oxu.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, monitorinqlər zamanı Bakının Suraxanı və Səbail rayonlarında, eləcə də Sumqayıt, Zaqatala, Qazax, Ağcabədi, Şəmkir, Saatlı, Şabran, Ağsu, İsmayıllı və Ağdam şəhərlərinin mağazalarında saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Ümumilikdə, 480 kiloqramdan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.
Gülnarə Zeynalova
www.oxu.az