Bu günlərdə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 22 nömrəli quyu horizontal qazmadan sonra istismara verilib.
Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a bildirib.
““Azneft” İB “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Qirməki Lay Dəstəsinə qazılmış quyu elektrik dalma nasosu üsulu ilə məhsul verib, 829-679 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib” - deyə, SOCAR-dan qeyd edilib.
Qeyd edək ki, SOCAR-dan onu da bildiriblər ki, horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, həmçinin süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır.
Ülviyyə R. Əli
www.oxu.az