Gəlin sovet dövrü üçün bir qədər nostalji hisslərə qapılaq.
Varşava sazişi ölkələrinin hərbiləşdirilməsi ictimai həyatın bütün sahələrinə təsir edirdi.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, 60-70-ci illərdə Almaniyada “Pionierpanzerbrigade” adlanan qrup var idi, tərcümədə pioner tank briqadası deməkdir. Bu briqadanın ixtiyarında real tankların əvəzinə, hərbi maşınların kiçildilmiş variantları mövcud idi. Ekipaj iki nəfərdən – sürücü-mexanik və tank komandirindən ibarət idi.
“Hərbi maşınlar” intensiv şəkildə istismar edilirdi və uşaqların vətənpərvər ruhda tərbiyə edilməsi üçün istifadə edilirdi. Onlar sovet ölkələrində keçirilən “Zarnitsa”nın Almaniya versiyasında iştirak edirdilər. Bu kiçildilmiş maşınlar əsl tanklar ilə bərabər hərbi paradlarda çıxış edirdilər.
Eyni zamanda, alman oğlanları oyuncaq da olsa tankı idarə etməyi öyrənirdilər. Onların idarəsi “böyüklər”də olduğu kimi idi, “döyüş”də münasibət də eyni idi.