Azərbaycanda “Avro-5” standartlarına cavab verən dizel və benzin yanacağı istehsal ediləcək.
Oxu.Az Xezerxeber.az-a istinadla məlumat verir ki, bunun üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda hazırlıqlar görülür.
Bu barədə 24-cü Beynəlxalq Xəzər Neft-Qaz konfransında çıxışı zamanı energetika naziri Natiq Əliyev deyib.
Natiq Əliyev bildirib ki, 2020-ci ildə “Şahdəniz-2” layihəsi çərçivəsində ilk qaz hasil ediləcək. Bu bizə əlavə 16 milyard kubmetr həcmində qaz hasil etməyə imkan verəcək. Bununla da ölkədə 2020-ci ildə 44,5 milyard kubmetr qaz hasil ediləcək.
Bununla yanaşı, dünya bazarlarında neftin qiymətinin stabilləşməsi Azərbaycanı qane edir. Rəsmi Bakı OPEC-in bütün təkliflərini dəstəkləyir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İ.N.