Boliviyada 80 milyon il əvvəl yaşamış ətyeyən Abelisaurus dinazavrına aid olduğu düşünülən 1,2 metrlik ayaq izi tapılıb.
Oxu.Az xarici mətbuata istinadla xəbər verir ki, paleontoloq Sebastian Apesteguia bu dinazavrın vaxtilə Cənubi Amerikada yaşadığını söyləyib.

O, həmin ayaq izinin Cənubi Amerikada 65 milyon il əvvəl sona çatan Təbaşir dövründən bu yana olan ətyeyən dinazavr qalıqları içərisində ən böyüyü olduğunu deyib.

Abelisaurus təxminən 7-9 metr uzunluğunda olan dinazavrdır.
Aytən Sadıqzadə
www.oxu.az