Dəbli geyim və aksesuarları ilə tanınan “Gucci” brendi virtual idman ayaqqabılarını satışa çıxarıb.
Bu barədə “Business of fashion” nəşri məlumat yayıb.
Məlumata əsasən, brendin ilk rəqəmsal ayaqqabılarını mobil tətbiq vasitəsilə əldə etmək olar. Ayaqqabıların qiyməti 12 dollardır.
İtaliyanın məşhur dəb evi öz yeni məhsulunu Belarusun “Wanna” IT şirkətilə birlikdə hazırlayıb. Ayaqqabını yüksək reallıq hissi yaradan “Wanna Kicks” mobil tətbiqi vasitəsilə əldə etmək, həmçinin geyib yoxlamaq mümkündür.
Qeyd edək ki, virtual ayaqqabıların ən üstün cəhəti onların heç vaxt korlanmamasıdır.
“Wanna” şirkətinin rəhbəri Sergey Axangelski bildirib ki, 5-10 ildən sonra dəbli brendlərin gəlirlərinin xeyli hissəsini məhz rəqəmsal məhsullar təşkil edəcək. Onlayn şoppinq zamanı isə statik şəkilləri daha maraqlı variantlar əvəz edəcək. Təklif edilən məhsulları virtual reallıq proqramları vasitəsilə geyib yoxlamaq mümkün olacaq.
View this post on Instagram
"İtaliya" teqi üzrə xəbərlər
- Tanınmış italiyalı zərgər Paolo Bulqari vəfat etdi
- İtaliya klubu itlə rəsmi müqavilə bağlayıb - Foto
- Belçika İtaliyanı darmadağın etdi: Millətlər Liqasında günün digər nəticələri - Video
- "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
- Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin" - Foto
Digər xəbərlər