Güclü qar və yolların buz bağlaması Bakı-Sumqayıt şossesində zəncirvari qəzaya səbəb olub.
Oxu.Az Report-a istinadla xəbər verir ki, qəza nəticəsində bir neçə avtomobil toqquşub.
Toqquşan avtomobillərdən ikisi yolun kənarındakı maneələrə çırpılıb.
Qəza Bakı-Sumqayıt yolunda tıxaca səbəb olub.
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib.
N.O.