Tanınmış rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətlərindən birini açıqlayıb.
Oxu.Az xəbər verir ki, mütəxəssis bu barədə "Rossiya 1" telekanalında danışıb.
Həkim vurğulayıb ki, yaşlı qadınlar dəmir çatışmazlığı anemiyasına diqqət yetirməlidirlər.
O əlavə edib ki, bu vəziyyət mədə xorası, yoğun bağırsaq xərçəngi və ya mədə xərçəngi kimi xəstəliklərlə əlaqəli ola bilər.
Mütəxəssis dəmir çatışmazlığı anemiyası olan qadınlara qastroskopiya və kolonoskopiya müayinələrindən keçməyi tövsiyə edib.
Qaynar xətt:
(055) 224 12 12