Ən populyar yerlər ətrafında belə ajiotaj nə zaman isə bitir.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bəlkə nə vaxtsa Antaliyada da “Tagil!” fəryadı susar, Britaniya gəncləri isə İspaniya sahillərinə hücum etməyəcəklər. İnanmırsız? Kabus kurortların, ruhların qaynaşdığı otellərin və boş qalmış çimərliklərin şəkillərini təqdim edirik:
Günah siyasətdədir: Varoşa, Şimali Kipr.

60-cı illərin sonu, 70-ci illərin əvvəlində Kiprin şərq sahillərindəki bu şəhər ən populyar Avropa kurortlarından idi. Onun çimərliklərində Bridcit Bardonu və Elizabet Teyloru, Rakel Uelç və Riçard Bertonu görmək olardı. Kurortun ulduz statusu çoxsaylı investorları bu ərazidə bahalı evlər və ticarət mərkəzlərinin tikilməsi üçün sərmayə qoymağa cəlb edirdi.
1974-cü ildə Kipr adasında etnik türklər və yunanlar arasında müharibə başladığı an hər şey sona çatdı. Döyüşlər nəticəsində kurort türk ordusunun nəzarəti altına keçdi. Yunanlar öz evlərindən demək olar ki, iki günə qovulmuşdular. Şəhəri geri qaytarmaq üçün istənilən cəhdi dəf etmək üçün türklər kurortun ərazisini tikanlı məftillərlə əhatə edərək postlar yerləşdirdilər.
Beynəlxalq ictimaiyyət böyük səylər nəticəsində müharibəni dayandıra bilib. 1984-cü ildə BMT Varoşaya istənilən girişi qadağan edən qərar qəbul edib. Nəticədə nə vaxt isə çiçəklənən Pripyatidən sonra böyüklüyünə görə ikinci yeri tutan, kurort kabus şəhərə çevrildi.
Sülhməramlı qüvvələrin tərkibində kurorta səfər etmiş, isveç jurnalisti Yan Olaf Benqston tərk edilmiş kurortu belə təsvir edib:
“Küçələrdə asfalt örtüyü günəşdən çatlayıb, yolun ortasında kollar bitir. İndi 1977-ci ilin sentyabrında nahar üçün süfrə düzülüb, camaşırxanalarda paltarlar asılı qalıb. Varoşa kabus şəhərdir”.
Qadağan edilmiş əraziyə daxil olan cəsarətli adamların sözlərinə görə şəhərin butiklərində hələ də 70-ci illərin paltarları, ərzaq mağazalarında konservlər və şərablar, diller mərkəzlərində “yeni” Toyotalar durur.
Varoşanın ekskursiya qrupları üçün açılması məsələsi bir neçə dəfə qalxıb, belə ki, Kiprə gələn turistlərin marağı ildən-ilə artır.
Amma yunan-kiprlilər hər dəfə şəhərin turist attraksionuna çevrilməsinə etiraz ediblər. Varoşanın villaları təqribən dağılır, geniş küçələr yabanı kollarla örtülür. Beşulduzlu otellərin sakinləri isə vəhşi pişiklərdir.
Təbiətin qərarı belə oldu: Villa-Epekuen, Argentina

Buenos-Ayresin yaxınlığında duzlu göllərdə yerləşən məşhur spa-kurort Villa-Epekuen, təbiətin şıltaqlığı ucbatından kabus məkanlardan birinə çevrilib.
Epekuenin sahillərində ilk otellər keçən əsrin 20-ci illərində meydana gəlib. Burdakı müalicəvi sular artrit, osteoartrit və psoriazmdan əziyyət çəkən xəstələrə yardım edirdi. Epekuendəki suyun müəalicəvi əhəmiyyətini Ölü dənizin suyu ilə müqayisə edirdilər. Təbii ki, belə şöhrət göl kənarında yerləşən sanatoriyaya bütün Cənubi Afrikadan turistləri cəlb edirdi.
1960-cı illərdə kurort ildə 25 min qonaq qəbul edirdi. Burada dünya standartlı otellər ucaldılmışdı və müalicə üçün bura Hollivud ulduzları gəlirdi. Villa-Epekuen 70-ci illərdə ən məşhur kurortlardan idi.
İqlim dəyişikliyi nəticəsində Villa-Epekuendə yağışlar yağmağa başladı. Yağış suları göllərin daşmasına səbəb oldu.
Yağışlar yalnız 2008-ci ildə dayandı. Nəticədə Epekuen apokalipsis barədə filmlərin dekorasiyalarına bənzəməyə başladı. Film çəkənlər isə bundan istifadə etməyə başladılar.
Dəb qurbanı: Otel Grossinger, ABŞ

Keçən əsrin ortalarında ən populyar dağ-xizək kurortlarından biri 1919-cu ildə Nyu-York yaxınlığında yaradılıb. O, biznesmenlər, şou-ulduzlar və məşhur idmançılar tərəfindən çox sevilirdi. Məsələn, Grossingeri məşhur boksçu Rokki Marçiano çox sevirdi.
1950-ci ildə burada ilk dəfə süni qardan istifadə edilib. Nəhəng ərazidə 35 müxtəlif tikili yerləşirdi. Kurort il ərzində 150 min qonaq qəbul edirdi.
Hippi dəbi dövrünün başlanğıcından köhnə dəbli sanatoriyalara maraq azaldı. Gənclər yenilik, yeni təəssüratlar istəyirdilər. Asiyanın və Latın Amerikasının yabanı çimərlikləri ənənəvi sanatoriyaların arealını məhdudlaşdırdı. Grossinger sahibləri bizneslərini xilas etmək üçün nə qədər səy göstərsələr də otel 1986-cı ildə bağlandı.
Hal-hazırda Grossinger kabus oteli Nyu-Yorkun abidələrindən birinə çevrilib. Burada yaşayan ekstremal turizm həvəskarlarının olmasına baxmayaraq 60-cı illərə aid əşyalara hələ də rast gəlmək olur.
Müharibəni keçə bilmədi: Kupari, Xorvatiya

Müharibənin digər qurbanı – Kupari kurort şəhəridir – Yuqoslaviyanın süqutu zamanı viran qalıb. Adriatikanın ən yaxşı otellərindən biridir, XX əsrin ikinci yarısında tikilib. Tikintiyə milyard dollardan çox vəsait qoyulub. Kupari otellərində eyni zamanda iki min adam yerləşirdi – əsasən Yuqoslaviya xalq ordusunun ali zabit heyəti. Nəhəng mehmanxana kompleksi ərazisində dövlət başçısı marşal İosif Titotnun şəxsi rezidensiyası var idi, o, burada tez-tez xarici yüksək vəzifəli qonaqlarını qəbul edirdi.
1991-ci ildə Xorvatiya müharibəsi zamanı, Kupari Serbiya qoşunları tərəfindən zəbt edildi. Bütün binalar gülləbaran olundu. Serb əsgərləri keçmiş sərkərdələrinin sevimli kurortuna amansız davrandılar. Kupari demək olar ki, tamamən dağıdıldı.
Müharibədən sonra kurort bərpa edilmədi. Otellər xarabalıqlar arasında qaldı, amma yerli sakinlər hələ də ən yaxşı çimərlik hesab edilən bu çimərliyə istirahətə gəlirlər.
İnsan tərəfindən dağıdılıb: San-Antonio del Tekendama, Kolumbiya

1926-cı ildə San-Antonioda Tekendama şəlaləsinin yaxınlığında yerləşən keçmiş prezident villası El Hotel del Salto, otel kimi yenidən qurulub. Şəlalə hindularda müqəddəs hesab edilir, bu rayon paytaxt Boqotadan çoxsaylı turistləri cəlb edirdi.
El Hotel del Salto otelinin inkişaf dövrü keçən əsrin ortalarına təsadüf edirdi. Zəngin kolumbiyalılar bura 137 metrlik şəlaləyə baxmağa gedirdilər. 1970-ci ildə şəlalə sənaye tullantıları və çirkab suların axıdılması üzündən qurumağa başladı.
Tərk edilmiş otelə diqqət yeni maraq dalğasını burda həyatı ilə hesablaşmağı qərara alanlar təmin etdilər. Şəlalədən o biri dünyaya keçid vasitəsi kimi hələ yerli hindular ispanların tərəfindən işğal edildiyi zaman kütləvi intihar üçün istifadə edirdilər.
Prezident rezidensiyasından kabus rezidensiyasına çevrilən El Hotel del Salto Kolumbiya hakimiyyətinin çoxdan xoşuna gəlmir. Bu yaxınlarda otel mədəni irs statusunu alıb. Bu isə onun rekonstruksiyasına pul ayırmağa imkan verdi. Bununla yanaşı, yerli KİV turistləri kabuslardan qorxmayaraq San-Antonioya qayıtmağa çağırıblar.