ABŞ prezidentliyinə namizəd Donald Trampın arvadının açıq-saçıq şəkilləri yayılıb.
Oxu.Az xəbər verir ki, “The New York Post” nəşri Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Trampın arvadı Melanya Trampın açıq-saçıq şəkillərini üz qabığına yerləşdirib.
Qeyd edilir ki, fotolar 1995-ci ildə fransız jurnalı “Max” üçün çəkilib. Jurnal 2006-cı ildə fəaliyyətini dayandırıb.
“New York Post” nəşrində bu şəkillərdən bəzilərinin əvəllər dərc edilmədiyi qeyd olunub.
“Melanya ən uğurlu modellərdən biri idi, onun çoxlu sayda, o cümlədən də aparıcı jurnalların üz qabıqları üçün fotosessiyası olub. Bu şəkil Melanya ilə tanış olduğumdan çox öncə çəkilib. Avropada bu şəkillər çox yayılıb, onlar çox dəbli idi”, - Tramp şəkillərin dərc edilməsini şərh edərkən bildirib.