Bakı-Sumqayıt yolunda qəribə yol qəzası baş verib. Yük maşını Abşeron Gənclər Şəhərciyinin qarşısındakı yolda dəmir arakəsməyə çırpılıb.
Oxu.Az criminal.az-a istinadən xəbər verir ki, nəqliyyat vasitəsi bundan sonra da təxminən 100 metrədək dəmir arakəsməni dağıdaraq yoluna davam edib.
Xeyli getdikdən sonra sürücü yük maşınını saxlaya bilib. Qəza zamanı xəsarət alan olmayıb. Yoldakı arakəsmənin böyük bir hissəsi sıradan çıxıb. Qəzanın dəqiq səbəbi bilinməsə də, hadisənin sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyi ehtimal olunur.
A.M.