Səhər 08:40 radələrində Bakının Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsində, Türkiyə Səfirliyinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində hazırda həmin ərazidə avtomobillərin sıxlığı yaranıb.
Hadisə yerinə yol polisi cəlb olunub. İlkin ehtimal olaraq qəzanın səbəbi avtomobillərin küçələrin kəsişməsində işıqforun yanma-sönmə əmrinə riayət etməməsi olub.
Qəzada xəsarət alan olmayıb.
A.M.