Ukraynanın Soledar şəhərində yerin 288 metr dərinliyindəki köhnə duz mədəni tənəffüs sistemi və tiroid xəstələrinin şəfa tapdığı mərkəzə çevrilib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, 5 hektarlıq sahəni əhatə edən duz mağarasının divarları 40-50 metr qalınlığındakı duz təbəqələrindən ibarətdir. Duz mədəninin içərisində olan mikr kondisioner sayəsində müalicənin böyüklərə 70-85%, uşaqlara isə 85-95% müsbət təsir etdiyi qeyd edilir.
Duz sanatoriyasının rəsmi nümayəndəsi Valeriy Lazarev deyir:
“Buradakı müalicə yalnız tənəffüs sisteminə deyil, tiroid xəstəliyi və dəriyə də müsbət təsir edir. Mədəndə qəbul edilən bir seans müalicədən sonra insanların səhhətində yaxşılaşma hiss olunur.
Sanatoriyada sabit halda istilik 15 dərəcə təşkil edir. Eyni anda 100 insan müalicə ala bilir. Xəstələr gündüz 4 və gecə 12 saat olmaqla gündə 16 saat burada qalırlar.
Sanatoriya 2007-ci ildən fəaliyyətə başlayıb. Bu günə qədər təxminən 6 min adam müalicə alıb. Xəstələr Rusiya, Belarus, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İsrail, Kanada, Almaniya, ABŞ və Yaponiya başda olmaq üzrə dünyanın müxtəlif ölkələrindən gəlirlər. Avropada buna bənzər yalnız bir neçə mədən var”.
Aytən Sadıqzadə
www.oxu.az