Bakı-Quba yolunda intizamsız şəkildə hərəkət edən yük avtomobilləri qayda pozaraq digər hərəkət iştirakçıları üçün təhlükə yaradırlar.
Oxu.Az xəbər verir ki, bu avtomobillərin sürücülərinin görüntüləri Avtosfer.az-ın kamerasına tuş gəlib.
Həmin yolun çəkiliş aparılan hissəsində minik avtomobilləri üçün 110 km/saat sürət, 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə 70 km/saat sürət təşkil olunub. Amma gördüyünüz kimi, minik avtomobili 120 km/saat sürətlə yük avtomobilinə çata bilmir. Kameraya düşən yük avtomobillərinin əksəriyyəti eyni şirkətə məxsusdur. 10-ZH-821, 10-ZH-829, 10-ZH-828, 10-ZH-825, 99-ZA-287 və 99-ZA-250 qeydiyyat nişanlı yük avtomobilləri yolda yüksək sürətlə hərəkət edərək digər sürücülərə təhlükə yaradırlar.
İ.N