Mayın 16-da Kannın “Palais des Festivals” sarayında 76-cı Kann Film Festivalının açılışı olub.
Tədbirə Conni Deppin iştirkı ilə çəkilmiş “Jann Dübarri” filmilə start verilib.
Açılış mərasimində Deplə yanaşı, Uma Turman, Katrin Denev, Maykl Duqlas və həyat yoldaşı Ketrin Zeta-Cons kimi məşhurlar da görüntüləniblər.
Duqlas fəxri Qızıl Palma budağına layiq görülüb və ailəsi ona dəstək olmaq üçün mərasimə qatılıb.
Əsas müsabiqənin builki münsiflər heyətinə “Kvadrat” və “Kədər üçbucağı” filmlərinə görə “Qızıl palma budağı” mükafatını almış isveçli rejissor Ruben Estlund rəhbərlik edir.
Qeyd edək ki, festival mayın 27-dək davam edəcək.
Rəylər