Nargis Nəşriyyat evinin layihəsi olan buro247.az informasiya portalının Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimi ilin ən maraqlı tədbirlərindən biridir.
Oxu.Az xəbər verir ki, mərasimdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, bir çox xarici ölkələrin səfirləri ilə yanaşı, bir çox məşhur simalar da iştirak ediblər.
Qeyd edək ki, buro247.az saytının rəsmi açılışı martın 13-də baş tutub. Saytın Azərbaycan versiyasının təsisçisi və baş redaktoru Ülviyyə Rəhmanovadır.
Buro 24/7 Azerbaijan təqdimat mərasimindən videonu sizə təqdim edir: