Türkiyəli müğənni, bəstəkar və aktyor Rafet El Roman əvvəllər 2 dəfə ayrılıb-barışdığı nişanlısı Ceren Kaplakarslanla nəhayət ki, evlənir.
Oxu.Az “sacitaslan.com” saytına istinadla xəbər verir ki, cütlük artıq toyun tarixini də müəyyənləşdirib. Roman və Kaplakarslan iyulun 16-da Almaniyada nikah masasına əyləşəcək.
Aytən Sadıqzadə
www.oxu.az