Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Operada 18+ səhnələri izləyənlər xəstəxanalıq oldular: Almaniyada heyrətamiz tamaşa
Almaniyada açıq-saçıq operanın 18 tamaşaçısına ürəkbulanma səbəbindən tibbi yardım lazım olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Guardian" Ştutqart Dövlət Operasının əməkdaşı Sebastian Eblinqə istinadən xəbər verib.
Bildirilir ki, şou cinsi akt səhnələri (o cümlədən lezbiyanların), canlı pirsinq, həmçinin çoxlu süni və həqiqi qan ehtiva edib.
"Şənbə günü səkkiz, bazar günü isə daha 10 nəfərə yardım lazım oldu", - deyə mənbədən bildirilib.
Bildirilir ki, şounu qalmaqallı və açıq-saçıq çıxışları ilə tanınan avstriyalı xoreoqraf Florentina Holzinger hazırlayıb. Təşkilatçılar izləyiciləri tamaşaya hazırlaşmaq üçün proqramın təsvirini oxumağa çağırış etmişdilər.