Gənc Tamaşaçılar Teatrının aktrisası Yasəmən Malikin qızı Cahan Azər məşhur türk rejissoru Savaş Çıkrak ilə ailə həyatı qurur.
Oxu.Az-ın Milli.Az-a istinadən məlumatına görə, toy məclisi şəhər restoranlarından birinin həyətində baş tutacaq.
Qeyd edək ki, Türkiyədə magistr təhsili alan Cahan Azər Azərbaycanda bir müddət kino sahəsində çalışıb. O həmçinin, Türkiyənin ən məşhur seriallarından olan “Şefkat tepe”də, “Qalib Dərviş”də çəkilib.
Savaş Çıkrak isə Türkiyənin bir neçə məşhur televiziyasında, o cümlədən Habertürk kanalında rejissor vəzifəsində çalışır.
Cahan xanım və Savaş bəy hazırda Türkiyədə “Doyuran kareler” adlı sosial layihə üzərində işləyirlər. Onlar küçə heyvanlarına alınan qida qarşılığında insanları pulsuz fotosessiya edirlər.
S.B.
www.oxu.az