Müğənni Beyons ötən yay “Renaissance” albomunun işıq üzü görməsilə əlaqədar eyniadlı dünya turnesinə çıxacağını açıqlayıb.
Müvafiq bəyanatı sənətçi öz “Instagram” səhifəsində dərc edib.
Məlumata görə, mayın 10-dan sentyabrın 27-dək davam edəcək qastrol səfəri çərçivəsində müğənni İsveç, Böyük Britaniya, Fransa, İspaniya, Almaniya, Niderland, Polşa və ABŞ-nin bir sıra şəhərlərinə səfər edəcək.
Qeyd edək ki, ifaçı sonuncu dəfə 2016-cı ildə altıncı studiya albomu “Lemonade”ə dəstək olaraq dünya turnesinə çıxıb.
Xatırladaq ki, Beyons 41 yaşındadır və qadınlar arasında ən çox “Qremmi” mükafatı alan sənət adamıdır.
Посмотреть эту публикацию в Instagram
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada vağzallarda alkoqol qadağasını pozan beş minə yaxın şəxs aşkarlanıb
- Almaniya kəşfiyyatı yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsula əl atdı
- Hitlerin "Qartal yuvası"nı yandıran şəxs tutuldu - Foto
- Almaniyada 80 yaşlı şəxsin hüceyrələri 60 il cavanlaşdırıldı
- Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu
Digər xəbərlər