Bu gün Xalq artisti Brilyant Dadaşovanın doğum günüdür. Adəti üzrə doğum gününü təmtəraqlı mərasimlərlə qeyd etməyən sənətkarın gün ərzində müxtəlif televiziya kanallarında yeni hazırlanmış televiziya konsertləri yayımlanacaq.
Oxu.Az xəbər verir ki, Xalq artisti bu dəfə dinləyicilərinə hədiyyə etməyi qərarlaşdırıb. Belə ki, müğənni 90-cı illərdə ifa etdiyi hitlərindən birini müasir üslubda yeniləyib. Sözləri Əli Hacızadə, musiqisi Cavanşir Quliyevə aid “Sevəcəyəm” mahnısının yeni aranjimanının müəllifi Tural Əliyevdir.
A.S.
www.oxu.az